1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) fəaliyyətini dayandırıb.
Xəstəxanadan verilən məlumata görə, Kliniki Tibbi Mərkəzdə doğum-genikolojiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, eyni zamanda ümumi reanimasiya, intensivterapiya şöbəsinin də fəaliyyəti koronavirusla mübarizə səbəbindən dayandırılıb.
Hazırda Kliniki Tibb Mərkəz olaraq hemodializ xəstələrinə, toksikoloji xəstələrə xidmət göstərilir və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar yerinə yetirilir.
1 saylı Kliniki Tibbi Mərkəz 19 avqustda Covid-19 xəstəxanası kimi fəaliyyətə başlayıb. Həmin tarixdə 31 xəstə var idi. Onların bir qismi evə yazılıb, bir qismi isə cərahhi korpusda müalicəsi başa çatanadək saxlanılıb və daha sonra evə göndərilib. Bütün proseslər mərhələli şəkildə, tibbi qaydalara uyğun olaraq həyata keçirilib.