Şəmkirdə 14 850 manatlıq oğurluq

Şəmkirdə mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 14.000 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat oğurlamaqda şübhəli bilinən Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Kərimov saxlanılıb.

Araşdırma aparılır.