Şəmkir rayonunda qızına balta ilə xəsarət yetirərək hadisə yerindən qaçan ata tutulub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, o, bu gün Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində saxlanılıb.
Qeyd edək ki, oktyabrın 9-da rayonun Çaparlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı atası tərəfindən balta ilə ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az