Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.
Yenicag.az xəbər verir ki, iyulun 30-da axşam saatlarında magistralın Göygöl rayonunun Quşqara kənd ərazisindən keçən hissəsində, Şəmkir rayonunun Çinarlı kənd sakini, 1984-cu il təvəllüdlü Elşən Zakir oğlu Nəbiyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə, Gədəbəy rayonunun Miskinli kənd sakini, 1994-cu il təvəllüdlü, Günel Osman qızı Allahverdiyevanın idarə etdiyi “Mercedes-190” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-21011”-də olan sərnişin, sürücüsünün həyat yoldaşı, Şəmkir rayonunun Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində ölüb.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alanlar, Çinarlı kənd sakini, Elşən Zakir oğlu Nəbiyev, 2006-cı il təvəllüdlü Elnurə Elnur qızı Nəbiyeva, 2008-ci il təvəllüdlü, Arifə Elşən qızı Nəbiyeva, onun bacısı 2008-ci iltəvəllüdlü, Ayşən Elşən qızı Nəbiyeva, onun qardaşı 2011-ci il təvəllüdlü Ağa Elşən oğlu Nəbiyev, 2007-ci il təvəllüdlü Vüsal Elnur oğlu Nəbiyev və Elçin adlı şəxslə “Mercedes” markalı avtomobilin sürücüsü, Günel Osman qızı Allahverdiyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***
30 İyul 23:08
Bakı-Qazax avtomobil yolunda ölümlə və bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1 qadın hadisə yerində ölüb, daha 8 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlar Şəmkir rayon Çinarlı qəsəbə sakini Elşən Zakir oğlu Nəbiyev, Nəbiyeva Elnurə Elnur qızı (2006-cı il təvəllüdlü), Nəbiyeva Arifə Elşən qızı (2008-ci il), Nəbiyeva Ayşən Elşən qızı (2011-ci il), Nəbiyev Ağa Elşən oğlu (2011-ci il), Nəbiyev Vüsal Elnur oğlu (2007-ci il) və Elçin adlı şəxsdir.
Hadisə zamanı xəsarət alan daha bir nəfər isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda ölən qadının kimliyi və qəzanın səbəbləri araşdırılır./Report/
www.yenicag.az