Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-dən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.
www.yenicag.az