“Ötən il ölkə üzrə daşınmaz əmlakın qeydiyyatı sahəsində ən yüksək göstərici qeydə alınıb”.
Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.
Xidmət rəisi əlavə edib ki, sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət qurumları vətəndaşlara müxtəlif növ sənədlər verib. Onlar qanunvericilikdə əksini tapmadığı üçün sənədsiz evlərin sayı artıb:
“Təkcə keçən il 85 min ilkin qeydiyyat aparılıb. Bu, o demək deyil ki, 85 min əmlakın hamısı 2022-ci ildə yaranıb. Əvvəlki dövrlərdən müxtəlif səbəblərə görə hüquqları tanınmamış şəxslərə imkan yaradılıb və insanlar könüllü müraciət edərək öz hüquqlarını təsbit edib. Biz bu prosesi mərhələli şəkildə, daha asan həll olunan məsələləri irəli salaraq bazanı daraltmağa çalışırıq”.
www.yenicag.az