!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sənət adamları Afaq Bəşirqızının müdafiəsinə qalxdı: "Sizi sevirik!.."

!Reklam – Yazi

Bir neçə gün əvvəl texniki xəta üzündən canlı efirdə baş verən məlum hadisədən sonra xalq artisti Afaq Bəşirqızına qarşı sosial şəbəkələrdə bəziləri tərəfindən aparılan kampaniya onun sənət dostları arasında hiddətlə qarşılanıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı bir qrup tanınmış sənət adamı müraciət imzalayıb. Həmin müraciəti təqdim edirik:

“Son günlər əfsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır. Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısı, hansı ki, umumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bunu bilərəkdən yayaraq onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib.

Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar! İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsin! Afaq xanım, Sizi sevirik!!!

Xalq artisti Ramiz Fətəliyev
Xalq artisti Mənsum İbrahimov
Xalq artisti Ənvər Sadıxov
Xalq artisti Zülfiyyə Xanbabayeva
Xalq artisti Eyyub Yaqubov
Xalq artisti Tünzalə Ağayeva
Əməkdar artist Tahir İmanov
Əməkdar artist Dilarə Əliyeva
Əməkdar artist Elçin Həşimov
Əməkdar artist Elnur Əhmədov
TV prodüsseri Oqtay Əliyev”.

www.yenicag.az

1152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv