Dünyanın böyük şəhərlərini tıxacsız təsəvvür edə bilərsiz? İndi təsəvvür edin ki, bu şəhərlərdən biri Bakıdır. Gözəldir, deyilmi? Bu mümkündür.
Bu həftənin cümə günü avtomobillərinizi evdə qoyun və Bakıda ilk dəfə təşkil olunacaq 22 sentyabr – Ümumdünya Avtomobilzsiz Gününə həsr olunmuş veloyürüşə qoşulun!
Yenicag.az xəbər verir ki, veloyürüş sentyabrın 22-i, saat 17:00-da Azneft dairəsindən başlayıb Heydər Əliyev Mərkəzində başa çatacaq, orada isə tədbirimiz velosipedçi və skeytbordçuların şousu, uşaqlar üçün velosiped təlimləri, bilik müsabiqələri, hədiyyə və sürprizlərlə davam etdiriləcək.
Ümumdünya Avtomobilzsiz Günü atmosferə atılan tullantıların azaldılması üzrə kampaniya çərçivəsində IDEA İctimai Birliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilir.
İqlimin istiləşdiyi bir vaxtda bu tədbir velosiped sürməklə, piyada gəzməklə və ictimai nəqliyyatdan istifadə etməklə biganə olmadığımızı nümayiş etdirmək üçün əla fürsətdir. Hamını tədbirə qoşulmağa dəvət edirik!
www.yenicag.az