SEPAH Ağdərəni mühasirəyə aldı

media-hightechnic-468x90

İyulun 31-də İranın Təkəb şəhərinin Ağdərə kənd sakinləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən bir gün sonra kənd İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) agentləri tərəfindən mühasirəyə alınıb.

Hadisə kənddə həbs edilmiş bir qrup şəxsin ailəsinin Təkəb şəhərinin qubernatorluğu qarşısında toplanmasından sonra baş verib.

Qeyd edək ki, son günlər Ağdərə kəndinin əhalisi bu rayonun qızıl mədənində iş yerinin olmamasına etiraz etmək üçün toplaşmışdı.

Qarşıdurma zamanı 50-dən çox kürd vətəndaşı həbs edilib, 10-dan çox insan yaralanıb. Onlarla insan həbs olunmaq qorxusundan kəndin ətrafındakı dağlara sığınıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa