SEPAH-ın İRAN PLANI: Müharibəni və dövləti idarə edən qətiyyətli simalar –

media-hightechnic-468x90

“İranı hazırda SEPAH-a bağlı olan bu dörd şəxs idarə edir.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Politoloq yeni ali rəhbər Müctəba Xamneyinin vəziyyətinin ağır olduğu bir dövrdə ölkənin idarə strukturunun kimlərdən ibarət olduğunu sadalayıb:

“İranda Müctəba Xamneyinin yaralanmasından sonra ölkəni kimin idarə edəcəyi məsələsi hazırda əsas sual doğuran məqamdır. İlk öncə biz Əli Xamneyinin sağlığında ölkəni onun göstərişi ilə Əli Laricaninin idarə etdiyini bilirdik. Heç təsadüfi deyil ki, o, öz vəsiyyətini də məhz Laricaniyə vermişdi. Laricani rejimə çox sədaqətli fiqur idi və kifayət qədər nüfuzlu, sözünə hər yerdə etibar olunan şəxs idi. O, qanı və canı ilə həm Əli Xamneyiyə, həm də rejimə bağlı şəxs idi. Laricaninin də öldürülməsindən sonra ölkədə əsas söz sahibinin kim olması məsələsi aktuallaşıb.

Hazırda bu dörd şəxsin ölkəni idarə etdiyini düşünürəm. Bunlardan biri Məclis sədri Məhəmməd Baqir Qalibafdır. Onun ölkədə keçmiş SEPAH komandiri kimi kifayət qədər nüfuzu var. Hazırda Amerika ilə gizli danışıqları da məhz onun apardığı deyilir. Digəri, SEPAH-ın keçmiş komandiri və söz sahibi Möhsün Rezayinin adı tez-tez çəkilir. Müharibəni idarə edən hərbi məsələlər üzrə müşavir Yəhya Rəhim Səfəvi və SEPAH-ın digər mühüm fiquru Əhməd Vahidi mövcud idarəçilərdir. Bu dörd şəxs hazırda müharibədə və ölkə idarəetməsində əsas qərarverici qüvvələr hesab edilir. Nəzərə alsaq ki, sadaladığım bu qrup SEPAH-a bağlı şəxslərdir, bu, o deməkdir ki, ölkəni elə SEPAH idarə edir.”

Nurlan Cəfəri.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05