!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Serbiya Azərbaycandan təbii qaz almağı planlaşdırır

!Reklam – Yazi

Serbiya 2023-cü ildə Azərbaycandan təbii qaz almağı planlaşdırır.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Vuçiç vurğulayıb ki, ölkənin maliyyəsi gələcək aylarda gözlənilən tədarük çatışmazlığı ilə mübarizə aparmaq üçün Rusiyanın enerji mənbələrinə alternativ təmin edəcək qədər güclüdür.

Balkan ölkəsi Ukraynadakı müharibədən və Serbiyanın qoşulmağa çalışdığı Aİ-nin Moskvaya qarşı sanksiyalar tətbiq etməsindən sonra zəifləmiş Rusiya neft və qazından asılıdır.

Vuçiv bildirib ki, Serbiya yanacaq mənbələri axtarıb.

“Avropa torpağında müharibənin əvəzini ödəməliyik”, – o deyib. Dövlət başçısı əlavə edib ki, milli maliyyə sistemi öhdəsindən gələnə qədər insanlar zərər görməyəcək.

“İraq (nefti-red) alacağıq… Venesuela ilə də danışmağa çalışacağam. İstənilən yerdən (neft-red) alacağıq “, – Vuçiç deyib.

Serbiya həmçinin 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır və anbarda saxladığı qazın həcmini ən yüksək səviyyəyə çatdırıb.

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv