Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkənin qəhrəmanı adına layiq görülüb.
Yenicag.az-ın məlumatına görə, dövlət başçısı mükafatı ölkənin müstəqilliyinə və inkişafına verdiyi töhfəyə görə alıb.
Bildirilir ki, bazar günü Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) iclası zamanı Berdiməhəmmədova Türkmənistan Qəhrəmanı adının verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
Təntənəli mərasimdə ölkə parlamentinin sədri Dünyagözəl Gülmanova “Türkmənistan Prezidenti Berdiməhəmmədov Sərdar Qurbanquliyeviçə Türkmənistan Qəhrəmanı adının verilməsi haqqında” ölkə parlamentinin qərarını oxuyub./Oxu.az/