Sərhəddə əməliyyat – İran və Banqladeş vətəndaşları tutuldu – FOTOLAR – Yenicag.Az

Reklam

Reklam

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat təd­birləri nəticəsində İmişli rayonu ərazisində Cəbrayıl rayonunun məc­buri köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respub­likasından Azərbaycan Republikası istiqamətində dövlət sər­hə­dini pozmuş İran vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Hey­dər oğlu saxlanılıb.

DSX-dan Yenicag.az-a verilən məlumata görə, sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətən­daşına bələd­çi­lik edərək İran ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sər­hədini pozması müəyyən edilib. Tə­xirə­salın­maz əməliy­yat-axtarış tədbirləri nəticəsində Banqladeş vətən­daşları – 1993-cü il təvəl­lüdlü Mahammad Calal Ud­din, 1994-cü il tə­vəl­lüdlü Axmed Ma­lik Minbarali, 1995-ci il tə­vəllüdlü Min­haj Uddin Cabed, 1998-ci il təvəl­lüdlü Abdul Kazim Tolukber, 1999-cu il tə­vəl­lüdlü Mahammad Ebad Mo­zumber şübhəli şəxs qis­min­də saxla­nıl­ıb­lar.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3336
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."