Azərbaycan sərhədçiləri külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıblar.
Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki , 23 avqust 2015-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasına gətirilməsi üçün sərhədboyu zolaqda gizlədilmiş 120 qutuda 3000 (üç min) ədəd, 30 avqust 2015-ci il tarixdə isə Ağstafa rayonunun Dəmirtəpə adlanan ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini 1990-cı il təvəllüdlü Zülfüqarov Natiq Nəbi oğluna məxsus yataqda gizlədilmiş 17 ədəd bağlamada 5 adda 4411 (dörd min dörd yüz on bir) ədəd Çin istehsalı olan pirotexniki vasitə aşkar edilərək götürülüb.
30 avqust 2015-ci il tarixdə Şıxlı buraxılış məntəqəsində Ağcabədi rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu Azərbaycan Respublikasında qeydiyyatda olan avtomobilə məxsus texniki pasportla və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstan Respublikasında qeydiyyatda olan “Mersedes-Benz” markalı avtomobilin üzərinə bağlayaraq dövlət sərhədindən keçirərkən saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.yenicag.az