“Yeganə qazanc yerim yalnız çalışdığım telekanaldandır”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktyor İslam Mehrəliyev “Gül kimi şou” verilişində deyib.
Aktyor sənət cameəsindən incik düşdüyünün səbəblərini də açıqlayıb. Ona verilən qonorarla ailə saxlamağın mümkün olmadığını bildirən İslam qazanc yerinin televiziya olduğunu etiraf edib:
“Toya-məclisə getmirəm, gedəndə də qonaq kimi gedirəm. Yeganə qazanc yerim yalnız çalışdığım telekanaldandır. Hamı kimi maaşa baxan adamam. Filmə, seriala çağırırlar. İstəyirəm çəkilim. Amma təklif olunan qonorara baxıram, çəkilmirəm.
İşimlə üst-üstə düşmür. Mən də ailə, uşaq saxlayıram. Hamı deyir, İslam yaxşı oğlandır, deyərik çəkilər. Mən də istəyirəm çəkilim, amma qonorar o deyil. Seriala çəkilsəm, onda televiziyadakı işim qalacaq. Maaşım da axı ancaq buradandır”.
Nehru
www.yenicag.az