!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişin mikroavtobusu qəzaya düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB

!Reklam – Yazi

Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanlardan birinin kimliyi müəyyən edilib.

Məlumata görə, yol qəzası nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

23:49

Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yeni Qızılca kəndində “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

www.yenicag.az

1301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv