Sərnişinlər 6 saat gözləməli oldular
Fransada 700 sərnişin saatlarla qatarda gözləmək məcbur olublar.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Paris-Brest-Renn istiqamətində hərəkət edən sürət qatarına minənlər 6 saat hərəkətsiz dayanması dünya mediasında xəbər olub. Sərnişinlər dəmiryol qovşağında baş verən nasazlıq üzündən hərəkət etməyən qatarın içində saatlarla gözləyiblər.
Nasazlığı vaxtında aradan qaldırmaq mümkün olmadığından qatarda qalan və əksəriyyəti uşaqlar və yaşlılar olan sərnişinlər regionlararası qatarlar vasitəsilə Renn şəhər vağzalına çatdırılıb.
Elektrik xəttindəki nasazlığa görə Paris-Brötan və Brötan-Paris istiqamətində hərəkət edən sürət qatarları da təyinat yerinə iki – üç saat gecikib.