Sərnişinlər qatardan çıxarıldı - Metroda problem

media-hightechnic-468x90

Metronun “Elmlər Akademiyası” stansiyasında qatarlardan birində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a bildirib ki, sərnişinlərdən biri vaqonda fövqəladə hallar üçün nəzərdə tutulan “təcili çıxış” düyməsini basıb. Bu səbəbdən qatarın qapıları bağlanmayıb.
Problemi aradan qaldırmaq mümkün olmadığından sərnişinlər vaqonlardan boşaldılıb. Növbəti stansiyada qatara baxış keçirilib, heç bir problem aşkarlanmayıb.

B.Məmmədyarovun sözlərinə görə, qatarların hərəkət qrafikində gecikmə olmayıb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600