!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Sərxan Kərəmoğludan QALMAQALLI SÖZLƏR: “Dəyərsizə dəyər verəndə həddini aşır”

“Heç kimə haqqımı yedirtmərəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiyada yaşayan tanınmış şoumen və aparıcı Sərxan Kərəmoğlu deyib.

Sadəliyin başa bəla olduğunu bildirən Kərəmoğlu ad çəkməsə də, bəzi şou əhlinin ünvanına qalmaqallı fikirlər səsləndirib:

“Heç kimə haqqımı yetirtmərəm. Kiminsə də pulunda gözüm yoxdur. Hərdən dəyərsizlərə dəyər verəndə hədlərini aşırlar. Və həmin anda müdaxilə etmək də mənim haqqımdır. Çox sadə olmaq da bir şey deyil. Sonra sadəliyindən sənə qarşı istifadə edirlər. Bu ildən sadəliyin daşını atdım. Təvazökar və səmimi olmaq sadə olmaq demək deyil”.

Sənətçinin paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Bir çox həmkarları ona dəstək olaraq indiki zamanda sadəliyin işə yaramadığını və bəziləri tərəfindən axmaqlıq kimi qəbul edildiyini bildiriblər.

Cəvahir

www.yenicag.az

172
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100