Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih bildirib ki, Yəməndə İran tərəfdarı Husi üsyançılarının şənbə günü Səudiyyə Ərəbistanının neft yatağına dron hücumunun məqsədi qlobal neft təchizatını kəsmək olub.
Husilərin şənbə günü Səudiyyə Ərəbistanının şərqində neft yatağına hücumu nəticəsində kiçik yanğın baş verib, lakin dövlət neft şirkəti Saudi Aramco bu yanğının neft hasilatına heç bir təsirinin olmadığını bildirib.
Yenicag.az xəbər verir ki, husi ordusunun sözçüsü şənbə günü bildirib ki, qrup 10 dronla Şayba neft yatağını hədəf alıb. O bunun qrup tərəfindən dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə krallığına qarşı “ən böyük hücum” adlandırılan.
Xalif Əl-Falih Şaybanın “çox mühüm təsis” olduğunu söyləyib.
“Bu hücumun hədəfində təkcə krallıq deyil, qlobal neft təchizatının təhlükəsizliyi var idi. Bu, qlobal iqtisadiyyata təhlükədir” – deyə o, rəsmi Səudiyyə Mətbuat Agentliyinin yaydığı bəyanatda bildirib.
Saudi Aramco bildirib ki, heç kəs xəsarət almayıb və neft hasilatı dayandırılmayıb.
“Saudi Aramco-nun komandası bu səhər Şayba təbii qaz mayeləri təsisində kiçik yanğını söndürüb”, şirkət bəyanatında bildirib.
Şayba Husilərin Yəmənin şimal-qərbində nəzarət etdiyi ərazidən 1,000 km uzaqlıqda yerləşir.
Neft yatağı Səudiyyə Ərəbistanının 2015-ci ildən bəri Yəmənin devrilmiş Səudiyyə tərəfdarı hökümətini bərp etmək üçün husilərə qarşı mübarizə aparan Sünni Ərəb koalisiyasında Səudiyyə Ərəbistanının əsas tərəfdarı Birləşmiş Ərəb Əmirlikləri ilə sərhəddə yerləşir.
Husilər höküməti 2014-cü ilin sonunda paytaxt Sənadan çıxmağa vadar edib.
Husilər son aylarda sərhədlər arası raket və dron hücumlarını artırıb./Amerikanın səsi/
www.yenicag.az