Səudiyyə Ərəbistanı PYD/YPG terrorçularına maliyyə dəstəyi göndərib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Suriyanın şimalında fəaliyyət göstərən PYD/YPG-yə hərbi yardım edəcəyini açıqladıqdan bir müddət sonra onlara maliyyə dəstəyi göndərib. ABŞ-ın yaratmaq istədiyi “sərhəd gücləri” üçün qeydiyyata başlayan Səudiyyə Ərəbistan bu illeqal quruluşa qatılanlara iki il müddətində 200 dollar maaş verəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının bu addımı Türkiyə ilə gərginliyi daha da şiddətləndirəcək.
www.yenicag.az