Səudiyyə Ərəbistanının Məkkə və Mədinə ilə bağlı planı

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanı Məkkə və Mədinənin “İslam iqtisadiyyatının fəaliyyət mərkəzi”nə çevrilməsini hədəfləyir.

media-banner_tkm

Yenicag.az “Aandolu” Agentliyinə istinadən bildirir ki, Məkkə və Mədinə şəhərlərinin Səudiyyə Ərəbistanında “İslam iqtisadiyyatının fəaliyyət mərkəzinə” çevrilməsi üçün ölkədəki müvafiq qurumlar olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Məkkə Ticarət Palatası, Mədinə Ticarət Palatası və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) ticarət nazirinin iştirakı ilə saziş imzalanıb. Üçtərəfli saziş Məkkə və Mədinə şəhərlərini İslam dünyasında maliyyə və biznes fəaliyyətləri üçün mərkəzə çevirmək məqsədi daşıyır.

Üçlü tərəfdaşlıq proqramı çərçivəsində bir çox təşəbbüs və fəaliyyətin həyata keçiriləcəyi barədə məlumatı paylaşan Səudiyyə Ərəbistanının ticarət naziri Kasabi bildirib ki, hər iki müqəddəs şəhər bütün müsəlmanların qəlbində yer tutur. Bu saziş qarşılıqlı ticarətləri gücləndirə bilər.

Gülşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05