Sevda Yəhyayevanı kimə bənzətdilər?

media-hightechnic-468x90

news-d6200Yaxın günlərdə həmkarı Elçin ilə “Səni sevirəm” adlı dueti heyranlarına təqdim edən Sevda Yəhyayeva bir çox məsələlərə ATV kanalında yayımlanan “ Atv maqazin” verilişində aydınlıq gətirib.

Klipin ərsəyəgəlməsindən danışan sənətçi həmkarı Elçin ilə yalnız dost olduqlarını diləgətirib.

Çənəsindəki xalına görə türkiyəli sənətçi Hulya Avşara bənzəyən ifaçı bunun fərqində olmadığını deyib: “ Yox həqiqidir. Vallah həqiqidir. Yəqin məndə görüb də. Hulya Avşar çox gözəl bir qadındır. Mənim çox xoşuma gəlir o. Cavanlıq şəkillərinə baxmışam. Çox gözəl xanımdır. İndi də çox gözəl qalıb yaşına görə. Amma mən fikir verməmişəm onun xalı var. Onu İnstaqramda oxuyuram, orda mütləq girib baxacam görüm xal doğrudan da ordadır?”.

Gələcəkdə türkiyəli sənətçiyə bənzəmək istədiyini dilə gətirən Sevda: “Hulya Avşarın gözlərinin rəngi açıqdır. Amma quruluşu mənim gözlərim kimi iri deyil. O hal –hazırda necə görsənirsə, mən dəfikirləşirəm ki, 50-ni keçəndən sonra salamatçılıq olsa, əgər yaşasam onun kimi görünəcəm bu yaşda”.

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600