Sevgililər körpüdən belə yıxılıb öldü - Bədbəxt hadisə, yoxsa intihar? - VİDEO

media-hightechnic-468x90

Peruda dəhşətli intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, gecə klubundan çıxan 34 yaşlı Meybet Espinoz adlı qız sevgilisi 36 yaşlı Hektor Vidal ilə körpüdə öpüşərkən müvazinətlərini itirib və 15 metr yüksəklikdən yıxılıblar.

Hadisə yol kamerasına anbaan düşüb. Videodan görünür ki, qız körpünün dəmir məhəccərinin üstündə oturaraq sevgilisini ayaqları ilə qucaqlayıb və öpməyə başlayıb. Bu anda Meybet müvazinətini itirərək arxaya tərəf sürüşüb və Vidalı da özü ilə aşağı çəkib.

Qıza hadisə yerində ölüb, Vidal isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.

Cütlüyün alpinist olduğu bildirilib. Onlar bir müddət əvvəl Cusco’ya köçüb və və turistlərə bələdçilik edirlərmiş.

Bəzi KİV-lərdə isə hadisənin intihar olduğu qeyd edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600