!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevgilisiylə ərini baltalayan 4 uşaq anasından tükürpədici ETİRAFLAR – VİDEO

!Reklam – Yazi

“Dedim ki, öldür canım qurtarsın. Həyətdə quyu var idi. Orada basdırdıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri ARB-yə həyat yoldaşını, onun dostuyla əlbir olub öldürən 4 uşaq anası Arzu Musayeva öz həyat tarixçəsindən danışarkən deyib.

“Göyçayın kəndində yaşayırdım. 4 övladım var. Özüm öz istəyimlə qoşulub qaçmışam. 7-8 il mehriban ailə olmuşuq. Dözə bilmədim çox hərəkətinə. Parniklərdə işləmişəm. Ən çox dəstəyi anamgil edib. Yoldaşım içən idi, pulunu çatdırmaq olmurdu. Ancaq deyirdi ki, Arzu, pul ver”, – Arzu Musayev qeyd edib

Məhkum həmin gecəni belə xatırlayıb:

“Qızımın ad günü idi. Gediş-gəlişimiz olan dostu qonaq gəldi. Yeyib-içəndən sonra bu hadisə baş verdi. Dostu Seymurla həm də qohum idik. Bir-birimizi istəmişik, verməyiblər ayrılmışıq. Gəlib gördü ki, yoldaşım zülm verir. Yoldaşım məndən pul istədi. Dedim verməyəcəm. Seymur da qıraqdan baxırdı. Yoldaşım söydü məni. Dedi ki, bu qədər təhqir eləmə qızı. Günah məndədir, pulu versəydim, olmazdı. Çox içizdirdi Seymur. Dedi ki, Arzu bıçaq hardadır? Hirsimdən dedim ki, öldür canım qurtarsın. Bilirdim ki, gecə öldürəcək. 3 bıçaq vurdu, bir də baltayla boynundan vurdu. Səhəri günü həyətdə quyu var idi. Orada basdırdıq. 2-3 gün sonra qayınanama gedib dedim ki, evə gəlməyib neçə gündür. Fikirləşdim ki, gizlətməyimin mənası yoxdur. Gedib təslim oldum. Yeri göstərdim ki, burada basdırmışıq. Biri var cavan vaxtımda tutulam, biri də var yaşlı vaxtı. 17 il yarım iş verdilər, sonra yarımı götürdülər. Ona da 18 il iş verdilər. İstintaq zamanı dedi ki, sən götür boynuna. Dedim ki, nə sən çıxası deyilsən, nə də mən, düzünü deyək”.

COP29

www.yenicag.az

2791
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv