“Səhnədən aşağı düşüb, masalara yaxınlaşıb gözləmək ki, kimsə sənə çıxarıb pul versin, bununla müğənnilərin adını batırırsan…”
Bunu tanınmış müğənni Sevinc Musayeva Yenicag.az-a açıqlamasında deyib.
O, qeyri-peşəkar müğənnilərin məclislərdə bu cür hərəkətlərini pisləyərək bunu əsl sənətçilərin adına ləkə kimi dəyərləndirib:
“Başa düşürəm, hamı evinə pul aparmalıdır. Amma sən əlavə 5 manat qazancına görə həmkarlarının adını batırırsansa, bu, günah və ayıbdır. Hərdən mənə müğənni deyəndə utanıram. Bu gün müğənni deyəndə atılmış kağız və əski parçası kimi baxırlar insana. Səsi-sənəti olan müğənni səhnədən aşağı düşməməlidir”.
Daha ətraflı videonu təqdim edirik:
Cəvahir
www.yenicag.az