!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəxsi məlumatlarımız üçün artan RİSKLƏR: “Silinmiş və ya format edilmiş informasiyaları da...”

!Reklam – Yazi

“Etibar etdiyimiz insanlar şəxsi məlumatlarımızı çox rahatlıqla ələ keçirə bilər”.

Bu fikirləri mobil telefonlardan şəxsi məlumatların ələ keçirilməsi riskini şərh edən informasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, müasir dövrdə şifrələrin sındırılması və şəxsi məlumatların ələ keçirilməsi çox asanlaşıb.

“Artıq adi qaydada silinən məlumatları geri qaytarmaq mümkündür. Lakin məlumatların hər hansı yaddaş diskindən silinməsi artıq mütəxəssis işi tələb edən prosesdir.

Telefonlar ikinci əl satışa gedərkən, cihazın yaddaşı mütləq etibarlı mütəxəssis tərəfindən silinməlidir. Çünki dəfələrlə silinmiş və ya format edilmiş məlumatları belə geri qaytarmaq olur. Bununla bağlı bir çox proqram təminatları mövcuddur.

Həmçinin telefonunuzu təmir üçün ustaya verərkən də diqqətli olmaq lazımdır. Çünki etibar etdiyimiz insanlar şəxsi məlumatlarımızı çox rahatlıqla ələ keçirə bilər.

Qeyd edim ki, şəxsi məlumatların əldə edilməsi cinayət məsuliyyəti yaradır və Cinayət Məcəlləsində bununla bağlı maddələr var”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv