“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. Belə ki, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu azaldılır.
Yenicag.az xəbər verir ki, bu dəyişiklik 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən( 15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsdədilə hazırlanıb.
15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsaiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda bu şəxslər üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə isə 35 manatdır.
www.yenicag.az