Şeyxdən Operativ Qərargaha ÇAĞIRIŞ: “Gəlin, vaksini yanbayan vurduraq”

“Əgər karantin sərtləşərsə, demək ki, bu, açıq-aşkar fərdi insanlara edilən təcavüzdür. Bilmirəm o TƏBİB statistik rəqəmləri haradan götürür? Mənə elə gəlir ki, onlar şəxsi maraqları üçün beynəlxalq aləmə baxaraq, rəqəmlərlə manipulyasiya edirlər”.

Bunu xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında karantinin sərtləşdiriləcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirərkən deyib.

Rejissor yoluxma sayının qəsdən artırılıb-azaldıldığını deyib:

“Dünən rəqəm 70 idisə, bu gün olur 360. Sabah 300 yoluxur, 170-i sağalır. Yaxud da əksinə. Mənə elə gəlir ki, hamını çaşdıran, sosial gərginlik, inamsızlıq yaradan Operativ Qərargahın verdiyi qeyri-standart, məntiqsiz, sübut olunmamış informasiyalardır”.

Xalq artisti gələn həftə Operativ Qərargaha rəsmən müraciət edəcəyini bildirib:

“Sözdə könüllüdür, amma məcburi, hədə-qorxu ilə camaatı vaksin etdirirlər.
Soruşacağam görüm, bu peyvəndin ziyanı, faydası nədir? Əgər xeyri varsa, onda niyə bunu camaatı işdən qovmaqla, zor gücünə, hədə-qorxu gəlməklə edirsiz? Cənab orada əyləşənlər, özünüz peyvənd etdirmisinizmi?Bunu biz də birdəfəlik başa düşək. İnsanlar arasında kütləvi psixoz vəziyyət yaratmağın nə mənası var axı?

İkincisi, Operativ Qərargah, TƏBİB ləğv olunmalıdır, ölkənin Səhiyyə Nazirliyi, böyük alimlər, lobaratoriyalar var. Nəzirlik içində nazirlik, komitə içində komitə yaradırlar. Çox ciddi araşdırma aparmaq lazımdır. İkinci narahatlığım ondan ibarətdir ki, dünyada vaksinlə alver edən dörd dövlət var. Qızğın alver gedir. Televiziya verilişlərində çıxış edən maraqlı, maraqsız tərəflər var, hər kəs öz vaksinini tərifləyir, o birini pisləyir deyə cəmiyyətdə çox ciddi sarsıntı, şaşqınlıq yaranır.
TƏBİB-in rəhbəri, Operativ Qərargahdakılar, başda İbrahim olmaqla hamısı gəlsin, yanbayan dayanaq, bir yerdə vaksinimizi vurduraq”.

Cəvahir

Loading...