Günay kimdən GİLEYLƏNDİ? – “Bu zövq çox aşağı səviyyədədir”
“Çox istərdim ki, tamaşaçıların zövqü dəyişsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri muğam ifaçısı Günay İmamverdiyeva “Öz aramızda” verilişində deyib.
Sənətçi zövqsüz tamaşaçılardan gileylənib:
“Çox istərdim ki, tamaşaçıların zövqü dəyişsin. Hər şey bundan başlayır. Televiziya işçiləri də qonaqları tamaşaçıların zövqünə uyğun dəvət edirlər. Eyni zamanda ev sahibləri toy məclislərinə də qonaqları tamaşaçıların zövqünə uyğun dəvət etməyə çalışırlar. Amma bu zövq çox aşağı səviyyədədir. İndi yazacaqlar ki, özündən böyük danışır. Azərbaycan musiqisini dəyərləndirən musiqiçilər də var. Ümid edirəm ki, tamaşaçıların da zövqündə inkişaf dönəmi başlasın. Yəni, bunu bütün tamaşaçılara şamil etmirəm”.
Nehru












