Sibel Canın ailəsində yeni sevincli hadisə – Nəvəsi dünyaya gəldi

media-hightechnic-468x90

Türkiyənin tanınmış müğənnisi Sibel Can artıq baba oldu. Onun böyük oğlu Engincan Ural və həyat yoldaşı Merve Kaya Uralın qızı dünyaya gəlib.

media-banner_tuq

Bu xoş xəbəri Sibel Canın keçmiş həyat yoldaşı, aktyor Hakan Ural “Instagram” hesabında paylaşaraq, “Bəli, baba oldum” sözləri ilə sevincini bölüşüb.

Engincan və Merve cütlüyü ABŞ-ın Mayami şəhərində qız uşağına sahib olublar. Yeni doğulan körpəyə “Lina” adı verilib. Bu ad ərəbcə “xurma ağacı” mənasını ifadə edir.

Qeyd edək ki, Sibel Can və Hakan Ural 1988-1999-cu illərdə evli olublar. Onların oğlu Engincan 2022-ci ildə uzun müddət sevgili olduğu Merve Kaya ilə Bodrumda evlənmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05