Sibirlə bağlı təklifinə görə Marqarita Simonyan məsuliyyətə CƏLB EDİLƏCƏK

media-hightechnic-468x90

Sibir üzərində termonüvə partlayışı təklifinə görə Marqarita Simonyana qarşı şikayət ərizəsi yazılıb.

Yenicag.az xəbər verir ki, Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupinin köməkçisi Nikolay Korolyov İstintaq Komitəsinə və Daxili İşlər Nazirliyinə müraciət edərək təbliğatçının məsuliyyətə cəlb olunmasını tələb edib.

Xatırladaq ki, bundan əvvəl rusiyalı təbliğatçı Marqarita Simonyan bütün dünyada elektronikanı sıradan çıxarmaq və bununla da Qərbdən qisas almaq üçün Rusiya Federasiyasının ərazisində texnogen nüvə fəlakəti təşkil etməyi təklif etmişdi.

Kremlpərəst jurnalistin qeyri-adekvat təxəyyülü rusları qəzəbləndirib. Onlar “başının üstündə” nüvə silahından istifadə etməyə və ya qadını müvafiq tibb müəssisəsinə göndərməyə çağırıbılar.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600