Sığınacağa gedən qadını əri gizlətdi – Bakıda

media-hightechnic-468x90

big_1441173933_qadin“Ay yarım bundan əvvəl sığınacağımızda bir qadın uşağı ilə bərabər yaxınlıqdakı həkim məntəqəsinə gedib qayıtmamışdı. Dərhal bu barədə polisə məlumat vermişdik. O ərəfədə əri bizə zəng vursa da, qadın əvvəldən xahiş etmişdi ki, yeri barədə ərinə məlumat verməyək. Qadın yoxa çıxdıqdan sonra əri bizi hədələyir, məlumatı gizlətdiyimizə görə poisə verəcəyini deyirdi. O zaman kişiyə deyəndə ki, qadını niyə döyür. O arvadını döydüyünü inkar edir və deyirdi ki, döyülməsində qadın özü günahkardır. İndi isə məlum oub ki, bütün bu müddət ərzində qadın ərini yanında olub və əri onu hamıdan gizədib”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Mehriban Zeynalovanın sözlərinə görə, bu müddət ərzində əri qadını gizlədərək bütün qohumlardan onu soruşurmuş: “Hər kəsdən qızın yerini soruşurdu, hətta bizi hədələyirdi. Bu gün isə qadın növbəti dəfə qaçaraq polis idarəsinə gedib. Əri onu o qədər döyüb ki, ayağında əsarət yaranıb və yeriyə bilmir. Bu dəfə hətta uşağını da qoyub qaçmağa məcbur qalır, çünki işgəncə dözülməz olub”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05