Şimali Koreya ABŞ-nin bu addımından narahatdır
Şimali Koreya ABŞ prezidenti Donald Trampın “Qızıl Qübbə” raketdən müdafiə sistemi yaratmaq planını kəskin tənqid edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Şimali Koreya Xarici İşlər Nazirliyinin nəzdindəki institutun məlumatına görə, Amerika proqramının Vaşinqtonun birqütblü hökmranlıq strategiyasını dəstəkləyən kosmosda nüvə müharibəsi ssenarisi olduğu bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya ABŞ-nin “Qızıl Qübbə” raketdən müdafiə sistemi yaratmaq istəyi ilə bağlı təşviş üçün heç bir əsas görmür, lakin onun təhlükəsizliyinə zəmanət vermək istəyir.