!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Qafqazda İŞİD təhlükəsi? - Terror riski var

!Reklam – Yazi

“Suriya və İraq ərazisindəki terror qruplaşmalarının üzvləri digər ölkələrin ərazisinə keçir”.

Bu sözləri Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının sədri Marianna Koçubey Bakıda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, bu terrorçuların bir qismi də Şimali Qafqaza qayıtmağa çalışır.

Görəsən, bu, nə dərəcədə realdır? Realdırsa, bu vəziyyət bölgəyə, ona həmsərhəd Cənubi Qafqaza, o cümlədən Azərbaycana təhdid yarada bilərmi?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti Nazim Cəfərsoy Yenicag.az-a açıqlamasında bildirdi ki, İraq və Suriyadakı terrorçuların bir qisminin Şimali Qafqaza qayıdışı gözləniləndir. Bu hal isə həmsöhbətimizin fikrincə, Azərbaycanın da yerləşdiyi bölgədə terror riskini artıra bilər:

“Əslində, İraq və Suriyadakı terror qruplaşmalarının başqa ərazilərə yayıla biləcəkləri barədə səslənən fikirlər heç də yeni deyil. Onsuz da bu proses qonşu ölkələrdə özünü göstərirdi. Avropanın özündə İŞİD-in terror əməllərilə bağlı müəyyən hadisələr baş verdi. Hazırda Yaxın Şərq coğrafiyasında İŞİD getdikcə zəifləyərək, mövqelərini itirir. Mövqelərinin zəifləməsi də onları yeni axtarışlara sövq edir. Onu da vurğulayım ki, İŞİD-in tərkibində xeyli sayda Şimali Qafqazdan, postsovet məkanından gedən adamlar var.

Ona görə də İŞİD-in məğlubiyyət anında yeni üz tutacağı yerlərdən biri onun üzvlərinin öz vətənləri ola bilər. İkinci bir tərəfdən bilirik ki, İŞİD-in Suriyada məğlub olmasının əsas səbəbkarı Rusiyadır. Bu mənada məğlub olan terrorçuların intiqam səbəbilə həmin coğrafiyaya, daha dəqiqi elə Şimali Qafqazın özünə geri dönmələri gözləniləndir. Bu iki səbəb fonunda onların qayıdışı bölgəmiz üçün ciddi təhdid yarada bilər. Bildiyimiz kimi, Azərbaycan və Gürcüstan Şimali Qafqaza keçid yolunun üzərindədir. Yəni terrorçular geri qayıdarkən böyük ehtimalla məhz bizim coğrafiyadan istifadə etməyə çalışacaq. Bu da bölgəmiz üçün iki mənada birbaşa təhlükəli haldır. Bir tərəfdən, keçid üçün Azərbaycandan istifadə etməklə sərhədlərimizə təhlükə yarada bilərlər. Bu fonda da terrorçuların ərazidən keçməsinə əngəl olmaq üçün Rusiya ölkəmiz qarşısında müəyyən tələblər qoya bilər. Terrorçuların Şimali Qafqaza qayıtmaları aydındır ki, bölgədə gərginliyi daha da artıracaq. Həmin ərazi də Azərbaycanla sərhəddə yerləşir. Bu mənada orada gərginliyin yüksəlməsi, regionda, Azərbaycan sərhədlərində də riskin artması deməkdir”.

ELÇİN

www.yenicag.az

2054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv