!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Simonyandan QƏRİBƏ ETİRAF: “Onu boğmaq istəyirdim”

!Reklam – Yazi

Ermənistan Milli Məclisin sədri Alen Simonyan bildirib ki, dünən hakim “Vətəndaş Müqaviləsi” partiyasından xaric edilmiş Ovik Ağazaryanın hansı məlumatları sızdırdığını öyrəndikdən sonra onu boğmaq istəyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd edək ki, dekabrın 3-ü gec saatlarda Ovik Ağazaryanın “Vətəndaş Müqaviləsi” partiyasından ictimai mənəvi normaların kobud şəkildə pozulmasına görə xaric edildiyi məlum olub. Ağazaryan isə dekabrın 4-də Milli Məclisin iclasında fraksiyadan çıxdığını elan edib.

Alen Simonyan qeyd edib ki, Baş nazir tez-tez fraksiya üzvləri ilə görüşlər keçirib, beynəlxalq görüşlərindən və qonşu ölkənin rəhbəri ilə müzakirələrindən bəzi detalları onlarla bölüşüb. Lakin dünən məlum olub ki, bu görüşlər zamanı əldə olunan bəzi məlumatlar Ağazaryan tərəfindən sızdırılaraq mətbuata çıxıb.

“Mən şokda idim. Açığını deyim, dünənə qədər hər mümkün şəkildə cənab Ağazaryanı qorumağa çalışırdım. Amma dünən onu şəxsən boğmaq istəyirdim”, – deyə Simonyan bildirib.

Milli Məclisin sədri əlavə edib ki, bu məsələnin detalları barədə danışmaq istəmir, lakin Ağazaryanın müraciət edən hər kəslə ünsiyyət saxladığını və məlumat paylaşdığını anladığını bildirib. Simonyan vurğulayıb ki, Ağazaryan etdiyi hərəkətlərdən peşman deyil.

“Əksinə, daha aqressiv və daha inadkar idi. Hətta adekvat olmaması barədə təəssürat yaranırdı”, – deyə Simonyan qeyd edib.

Xatırladaq ki, “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan əvvəlcə bildirib ki, Ovik Ağazaryan fraksiya iclaslarından və digər daxili müzakirələrdən, o cümlədən dövlət təhlükəsizliyi ilə bağlı və ictimaiyyətə açıqlanmamalı olan mövzulardan müxtəlif məlumatları sızdırıb. Onun sözlərinə görə, Ağazaryanın paylaşdığı məlumatlar məxfi olub və qanunla müəyyən edilmiş qaydada yalnız məxfilik icazəsi olan şəxslərin bu məlumatları açıqlamaq hüququ var.

Rafi Müslümov

COP29

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv