Şimşək çaxacaq, arabir yağış yağacaq

media-hightechnic-468x90

Aprelin 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

media-banner_tuq

Bəzi yerlərdə duman olacaq. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 12-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05