SinerjiPro”nın rəhbəri Ufuk AYDIN Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri ilə görüşüb.
Ufuk Aydın “Vikipediya” Metodik Mərkəzinin könüllülərinin gördüyü fəaliyyətlərinə görə təbrik edib: ““Vikipediya” müasir dünyamız üçün önəmli ensiklopedik resusrdur. Bu vasitəsilə həqiqətlərimizi çatdırmaq üçün mütləq fəal olmalıyıq. “Vikipediya” bizə qeyd etdiyim fəaliyyətə imkanları verir.
“Vikipediya” Metodik Mərkəzinin fəaliyyətini yaxından izləyirəm. Mərkəzin könüllülərinin Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı,xüsusilə Türk dünyasının görkəmli şəxsiyyətləri haqqında mükəmməl fəaliyyət ortaya qoyurlar. Komandaya uğurlar arzulayıram”.
www.yenicag.az