!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siqaret çəkməyin beyinə ZƏRƏRİ: Ruhi xəstəlik riski…

!Reklam – Yazi

Danimarkada aparılan araşdırmalara görə, siqaret psixoloji sağlamlığı pozur və psixi pozğunluqlara səbəb olur.

Yenicag.az xəbər verir ki, Orhus Universitetinin alimləri Böyük Britaniyada yerləşən Biobank bioloji məlumat bankında 350 min insanın məlumatlarını araşdırıb.

Araşdırmanı aparan Doug Speed, məlumatlarından istifadə etdikləri insanların 90 faizinin 20 yaşından əvvəl olduğunu siqaret və içkiyə aludə olduğunu, 30 yaşdan sonra psixi xəstəliklərdən xəstəxanada müalicə aldığını deyib:

“Siqaret psixi pozğunluqlara səbəb olur. Təbii ki, buna tək siqaret səbəb deyil. Lakin siqaretin psixi xəstəliklərə görə xəstəxanaya düşmə riskini 250 faiz artırdığı müşahidə edilib. Siqaret depressiya və bipolyar pozğunluğa səbəb olur. Siqaret çəkməyənlər psixi pozğunluğa daha az məruz qalır. Bu zərərli məhsulda psixi sağlamlığın pozulmasına səbəb olan bioloji mexanizmin nə olduğu hələ də elmə məlum deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv