!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?…

!Reklam – Yazi

Siqaretin zərərli xüsusiyyətləri demək olar ki hər kəsə məlumdur və hər bir ölkədə siqaret asılılığının aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür.

Maarifləndirmə tədbirləri bu sırada xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərin nəticəsidir ki, xüsusilə inkişaf etmiş ölkələrdə siqaret çəkilən sahələrin daralması, siqaretin yaratdığı zərərli təsirlərə dair məlumatlılığın artması siqareti tərgitmə istəyini və bu yolda uğurları artırmaqdadır.

Siqaret aslılığının müalicəsində qısa müddətli və ya birdəfəlik üsullar bir o qədər uğurlu nəticə gətirmir. Bu istiqamətdə həm fiziki, həm də davranış terapiyasının birlikdə tətbiq olunduğu müalicə proqramlarının isə uğurlu olduğu məlum olub. Həm fiziki, həm də davranış vərdişlərinin faktorları birlikdə nəzərdən keçirilərək müzakirə olunur və hər şəxs üçün xüsusi həll yolları axtarılıb tapılır. Beləliklə də bir tərəfdən nikotinin yaratdığı fizioloji asılılıq, digər tərəfdən də vərdişlərin, sosial mühitin yaratdığı davranış vərdişləri ilə mübarizə aparılması asanlaşır.

Bəs siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?…

İlk 20-ci dəqiqədə – nəbz, qan təzyiqi, bədən temperaturu normal vəziyyətə qayıdır.

24 saatda – qanda karbonmonoksid qazı sürətlə azalır.

2 həftə-3 ay sonra – fiziki güc qabiliyyəti artır. Öskürək azalır və 3 ay ərzində yox olur. Bəlğəm miqdarı 2 həftədə yarıbayarı azalır. Nəfəs alıb-verməyiniz asanlaşır. İybilmə və dadbilmə hissiyatı yaxşılaşır. İmmunitet sistemi güclənməyə başlayır. Özünüzü daha dözümlü və güclü hiss etməyə başlayırsınız. Dişlərinizdə və barmaqlarınızdakı sarı ləkələr yox olur.

1-ci ildə – infarkt keçirmə riskiniz ilk günlərdən etibarən azalmağa başlayır, 1 ilin sonunda risk 50% azalır. Beyin qanaması və ayaqlardakı damar xəstəliyi riski 30-50% nisbətində azalır.

Xroniki bronxit və emfizema (KOAH) kimi nəfəs çatışmazlığına yol aça bilən ağciyər xəstəliklərinin ortaya çıxmasının qarşısı alınır. Qarşıdakı illərdə tənəffüs yolları infeksiyaları aradan qalxmağa başlayır.

5-ci ildə – ağız, qırtlaq, qida borusu və sidik kisəsi xərçəngi riski yarıbayarı azalır.

10-cu ildə – iflic olma riskiniz 5-10 il ərzində heç siqaret çəkməyən bir insanla eyni səviyyəyə enir.

Ağciyər xərçəngi, ağız, qırtlaq, qida borusu, sidik kisəsi, böyrək və mədəaltı vəzi xərçəngi riski azalır.

15-ci ildə – Koronar arteriya xəstəliyi və infarkt riski heç siqaret çəkməyən insanla eyni səviyyədə olur.

COP29

www.yenicag.az

1244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv