Şirvan sakinindən külli miqdarda heroin aşkarlanaraq götürüldü

media-hightechnic-468x90

Şirvanda polis əməliyyat keçirib.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əliyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqram 310 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələnin ona məxsus olduğu etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600