Siyəzəndə ağır yol qəzası: Bacı-qardaş həyatını itirdi -YENİLƏNDİ

media-hightechnic-468x90

Yeniçağ.az “Qafqazinfo”nun məlumatına əsasən xəbər verir ki, qəzada faciəvi şəkildə həlak olan Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub.

Universitetdən bildirilib ki, o, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alıb.

***

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Siyəzəndə bacı-qardaşın öldüyü yol qəzası barədə məlumat yayıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, fevralın 1-də Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itirib: “Bu hadisə sadəcə, yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir. Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa