Siyəzəndə dəhşətli qəza - Avtomobil körpüdən aşdı, yaralılar var - VİDEO

media-hightechnic-468x90

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, bu gün saat 13:30 radələrində Bakı-Quba yolunun təxminən 95-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Ataçay çayının üstündəki körpüdə yol qəzası baş verib.

“VAZ 2107” markalı, 90-HL497 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yuvarlanaraq çayın yatağına aşıb.

Nəticədə sürücü və sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar. Sürücünün vəziyyəti daha ağır olub. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600