“Pis işimiz yox, ayıb içimiz yox, söysünlər, əslində, bununla bizi daha da qabağa aparırlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı “Günaydın Azərbaycan” verilişində deyib.
Sənətçi ona paxılıq edən insanlardan danışıb:
“Mən Rusiyada evdən çıxıb harasa gedəndə qonşularım mənə deyirlər, çox gözəl xanımsınız. Təəccüblə baxıram onlara. Çünki Bakıda qonşularımdan belə gözəl sözlər eşitməmişəm axı.
Bizim haqqımızda neqativ danışanlar bizi görəndə şəkil çəkdirmək üçün növbəyə düzülürlər. O yazanların çoxu da müğənnilərdir, feyk profillərdə oturub yazırlar. Qoy yazsınlar, ayıb işimiz yox, pis işimiz yox, yazdıqca daha da qabağa gedirəm”.
Nehru
www.yenicag.az