Rusiyalı sabiq xəfiyyə Yuri Skripalın ötən il Böyük Britaniyada zəhərlənməsi ilə bağlı yeni detallar üzə çıxıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Bolqarıstanın baş prokuroru Sotir Tsatsarov 2018-ci ildə Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) sabiq polkovniki Yuri Skripalı və onun qızı Yuliyanı zəhərləməkdə ittiham edilən şəxslərdən birinin 2015-ci ildə Bolqarıstanda olduğunu açıqlayıb.
Baş prokurorun sözlərinə görə, Britaniyanın “Bellingcat” qrupunun axtardığı Sergey Fedotov adlı həmin şəxs Bolqarıstana 2015-ci ildə 3 dəfə səfər edib: 5-22 fevral, 24-28 aprel və 23-29 may.
Tsatsarov əlavə edib ki, Fedotovun Bolqarıstana qeyd olunan səfərlərinin müddəti həm də yerli sahibkar Yemelyan Qebrevin qətlə yetirilməsi tarixi ilə – 28 aprel – üst-üstə düşür.
Həmin gün Qebrev sui-qəsdə məruz qalıb və zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib. Onun qanında güclü zəhərləyici maddələr aşkar edilmişdi. Lakin o zaman aparılan təhqiqat zamanı şübhəlinin izinə düşmək mümkün olmamışdı.
www.yenicag.az