!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR-dan 250 milyon dollarlıq satış

!Reklam – Yazi

72939Dünyanın lider investisiya banklarından biri Goldman Sachs International, Petkim Petrokimya Holding A.Ş-nin törəmə şirkəti olan Petlim Limancılık Ticarət A.Ş-nin 30%-lik hissəsini 250 milyon dollara satın alıb.

18 iyul 2014 tarixində başlayan satış prosesi dekabrın 19-da yekunlaşıb. Bununla da hissələrin Goldman Sachs-a təhvili gerçəkləşmiş və müvafiq məbləğ ödənilib.

Maliyyə dünyasının nüfuzlu nümayəndələri bu sövdələşmənin SOCAR üçün uğurlu olduğunu qeyd edirlər. Dünya investisiya banklarının liderlərindən sayılan ABŞ-ın Goldman Sachs bankının “Petlim”ə verdiyi dəyər layihənin gələcəyinə göstərilən etimadın ən bariz nümunəsidir.

“Petlim” Limanı SOCAR-ın Əliağada “Neftayırma-Neft kimyası Enerji-Logistika” inteqrasiyasına dair mövcud strategiyasının ən önəmli ünsürlərindən birini təşkil edir. “Petlim” bütün Egey bölgəsinin və Türkiyənin ən önəmli konteyner limanlarından olacaq.

“Petlim” Limanının inşası hazırda plana uyğun olaraq davam etməkdədir. 1.5 milyon TEU həcmə sahib olacaq liman 2015-ci ilin ikinci yarısında istismara veriləcək. Limanın istismarını konteyner limanı işlətməsində dünyanın ən böyük şirkətlərindən biri olan MAERSK Qrupuna aid APMT şirkəti gerçəkləşdirəcək.

(anspress.com)

COP29

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv