ŞOK statistika - Əri tərəfindən şiddət görən qadınların sayı məlum oldu

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi” Xidmətinə cari ildə 432 713 məlumat daxil olub, onlardan 7 647-si ailə münaqişəsi, məişət zorakılığı ilə bağlıdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qadına şiddətə son” adlı dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, eləcə də DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-lərdən, ailə-qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub:

“602 sayda ailəli qadın ərləri tərəfindən döyülüb. DİN-ə 4 052 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb”.

Şöbə rəisi qeyd edib ki, qadınlarla bağlı müraciətlər hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmaqla müvafiq tədbirlər görülür.

 

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05