Şoltsun kansler vəzifəsinə namizədliyi təsdiqləndi

media-hightechnic-468x90

Almaniyanın hakim Sosial Demokrat Partiyasının (SPD) qurultayı fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərində Olaf Şoltsun kansler namizədi kimi irəli sürülməsini dəstəkləyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin “Deutsche Welle” nəşri yazıb.

Şolts qurultayda iştirak edən 600 nümayəndənin böyük əksəriyyəti tərəfindən dəstəklənib.

2021-ci ilin sentyabrında keçirilən son Bundestaq seçkilərindən sonra SPD Yaşıllar və Almaniya Azad Demokratik Partiyası ilə birlikdə hakim koalisiyaya rəhbərlik edirdi. Sosial demokrat Olaf Şolts kansler oldu. 2024-cü ilin noyabrında bu koalisiya dağıldı və Almaniyada növbədənkənar parlament seçkiləri elan edildi.

Hazırda sorğuların nəticələrinə görə, SPD CDU/CSU ittifaqı və “Almaniya üçün Alternativ” partiyasından sonra üçüncü yerdədir. Respondentlərin təxminən 15%-i Sosial Demokratları dəstəkləyir. Bununla belə, partiya rəhbərliyi bundestaqın SPD fraksiyasının lideri Rolf Mützenich hələ də rəqiblərini keçə biləcəyinə əmindir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05