Somalidə partlayış törədildi: 16 nəfər öldü, 20 nəfər yaralandı

media-hightechnic-468x90

Somalinin paytaxtı Moqadişoda partlayış törədilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, prezident sarayının yaxınlığında törədilən partlayış nəticəsində 16 nəfər ölüb,  20-dən çox insan yaralanıb.

Polisdən verilən məlumata görə, hücumçuların hədəfi sarayın arxa girişinin buraxılış məntəqəsi olub.

Hadisədən az sonra isə, paytaxtda daha bir partlayış törədilib.

Partlayışa görə məsuliyyəti radikal islamçı “Aş-Şabab” (Gənc mücahidlər hərəkatı) qruplaşması üzərinə götürüb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa