Reklam: High Technic
hightechnic

Son 20 ildə təbii fəlakətlərin vurduğu ziyanlar

Son 20 ildə dünyada baş verən təbii fəlakətlər nəticəsində 1,3 milyon insan ölüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkələrin maliyyə ziyanı isə 2,908 trilyon ABŞ dollar olub.

Ən çox maliyyə itkiləri ilə üzləşən ölkələr ABŞ, Çin, Yaponiya və Hindistan olub.

Belə ki, ABŞ 944,8 milyard dollar, Çin 492,2 milyard dollar, Yaponiya 376,3 milyard dollar və Hindistandır 79,5 milyard dollar itirib.

Avropa ölkələri arasında daşqın, fırtına və zəlzələlər nəticəsində ən çox maddi itkiyə Almaniya (57,9 milyard dollar), İtaliya (56,6 milyard) və Fransa (48,3 milyard) məruz qalıb.

Ümumilikdə 20 il ərzində dünyada 7225 böyük təbii fəlakət baş verib və onların əksəriyyəti hava ilə bağlı olub. Həlak olan insanların yarıdan çoxu həyatını zəlzələlər zamanı itirib. Daha 4,4 milyard nəfər isə kataklizmlərdən müxtəlif şəkildə zərər çəkib – yaralanıb, evini itirib, məcburi köçkünə çevrilib, yaxud köməyə ehtiyac duyub.

www.yenicag.az

134